Biləsuvar Günəş Elektrik Stansiyası Layihəsi

Biləsuvar Günəş Elektrik Stansiyası Layihəsi

Kateqoriya

Tamamlanan layihələr

Məkan

Biləsuvar rayonu

Bu layihə haqqında

Biləsuvar Günəş Elektrik Stansiyası Layihəsi
Yarımstansiya üzrə dəmir-beton tikinti işləri

Biləsuvar rayonu ərazisində inşa olunan Günəş Elektrik Stansiyası layihəsi çərçivəsində yarımstansiya obyektinin dəmir-beton tikinti işləri həyata keçirilmişdir. Layihə çərçivəsində avadanlıq özülləri, transformator meydançaları, kabel kanalları, texniki platformalar və digər mühəndis infrastrukturlarının betonarme konstruksiyalarının inşası icra olunmuşdur.

 

İşlər yüksək texniki tələblərə və keyfiyyət standartlarına uyğun şəkildə planlaşdırılmış, beton tökmə, armatur quraşdırılması, qəlib işləri və mühəndis koordinasiyası tam şəkildə təşkil edilmişdir. Layihənin icrası zamanı tikinti ardıcıllığı, təhlükəsizlik tələbləri və enerji infrastrukturu üzrə texniki normativlər əsas prioritet olaraq təmin edilmişdir.