Təmir və Dizayn

Xidmətə Baxış

ONEFM GROUP 15 ildən artıq tikinti və mühəndislik sahəsində fəaliyyət göstərən peşəkar şirkət olaraq yaşayış, kommersiya, sənaye və korporativ obyektlər üçün yüksək keyfiyyətli təmir və dizayn xidmətləri təqdim edir. Şirkətimiz müasir memarlıq yanaşmaları, funksional planlama və estetik həlləri birləşdirərək layihələrin peşəkar şəkildə həyata keçirilməsini təmin edir.

Təmir və dizayn xidmətlərimizə interyer və eksteryer dizayn, fit-out işləri, dekorativ həllər, tavan və döşəmə sistemləri, işıqlandırma həlləri, mebel yerləşdirmə planlaması, material seçimi və tam təmir işləri daxildir. Hər bir layihə müştərinin istək və tələblərinə uyğun şəkildə fərdi yanaşma ilə hazırlanır və icra olunur.

Peşəkar mühəndis və dizayner komandamız layihələrin planlanmasından son təhvil mərhələsinə qədər bütün proseslərə nəzarət edir. İşlərin təhlükəsizlik standartlarına uyğun, keyfiyyətli materiallardan istifadə olunaraq və müəyyən olunmuş vaxt çərçivəsində icrası əsas prioritetlərimizdəndir.

ONEFM GROUP olaraq məqsədimiz müasir, funksional və estetik məkanlar yaradaraq müştərilərimizə uzunmüddətli keyfiyyət və komfort təqdim etməkdir. İllərlə formalaşmış təcrübəmiz və peşəkar idarəetmə yanaşmamız sayəsində həyata keçirdiyimiz layihələrdə etibarlılıq və keyfiyyət əsas üstünlüklərimizdən biridir.

Tez-tez verilən suallar