Kateqoriya
Müştəri
Məkan
Sea Breeze ərazisində yerləşən “Milano” restoranının tikintisi və təmiri
Sea Breeze layihəsi çərçivəsində yerləşən “Milano” restoranında tikinti, daxili təmir və fit-out işləri icra edilmişdir. Layihə çərçivəsində obyektin ümumi konstruktiv və memarlıq həllərinə uyğun olaraq müasir interyer elementləri tətbiq edilmiş, restoranın funksional və estetik görünüşü tam şəkildə yenilənmişdir.
İşlərə arakəsmələrin qurulması, tavan və divar dekor sistemləri, metal və taxta konstruksiyalar, döşəmə örtükləri, elektrik və mexaniki xətlərin montajı, işıqlandırma sistemləri, pilləkən və dekorativ elementlərin hazırlanması daxildir. Layihə yüksək keyfiyyət standartlarına uyğun şəkildə icra olunaraq restoranın premium konsepsiyasına uyğun müasir məkan formalaşdırılmışdır.